Ağdam ziyalısı İsaq Alıməmmədov vəfat edib.

Alməmmədov İsaq Bəhlul oğlu 15 aprel 1950-ci ildə Ağdam rayonunda anadan olub.

Gəncədə F.Axundov adına Institutunun Rus dili və ədəbiyyatı fakültəsini, Gəncə Dövlət Kənd Təsərrüfatı Universiteti iqtisadiyyat fakültəsini və o, zamanın tələbi olan partiya məktəbinin mezunu olmuşdur.1977-ci ildə əmək fəaliyyətinə müellim kimi başlamışdır, qabaqçıl müəllim kimi Ağdam rayon komsomol katibi vəzifəsinə dəvət almışdır. Daha sonra rayon partiya komitəsinin instruktoru, şöbə müdiri, 2-cı katib vezifesine qədər yüksəlmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Milli Məclisində dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir.

Dəyərli ağdamlı ziyalımızın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına dərin hüzün və ehtiramla başsağlığı veririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir