“Ağdam yenidən qurulur. İnanırıq ki , Ağdam layiq olduğu simasına qayıdacaq və dünyanın ən füsunkar şəhərləri sırasında yer alacaq”.

Bu sözləri Ağdam Tv-yə müsahibəsində tanınmış həkim, Ağdam ziyalısı Azər Qasımov deyib.

Qarabağın yenidən qurulması və vətəndaşların öz doğma torpaqlarına qayıtması davam edir. Bu günləri görmək çox sevindiricidir. Bu yenidənqurmanın ardınca məskunlaşma və Qarabağın intibah dövrü başlayacaq. Bunun üçün dövlətimiz hər cür şərait yaradıb və yaradacaq. Bu günləri, görmək xoşdur. Nə yaxşı ki,  Azərbaycan bütöv, Qarabağ azaddır. Ağdamın quruculuq işlərinə rəhbərlik edən Emin Hüseynov cənablarına və komandasına Ağdamlılar adından təşəkkür edirəm. Bu müqəddəs işdə Emin müəllimə uğurlar arzulayıram. Quruculuq işlərində bizdən asılı olan hər işdə ağdamlılar olaraq yardım etməyə həmişə hazırıq.Təbii ki , görülən işlərin hamısı Müzəffər Ali Baş komandanın tapşırığı ilə həyata keçirilir. Biz bunun üçün çox qürurluyuq. Nə yaxşı ki , Qarabağ azad oldu və biz bu günləri gördük. Bu günləri bizlərə yaşadan Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah Prezidentimizi qorusun. Allah Ordumuzu qorusun. Biz inanırıq ki, uğurlarımız davam edəcək və Ali Baş komandanın rəhbərliyi ilə bizi sevməyənlərə layiqli cavablar veriləcək. Yeni qurulan Qarabağ ağ günlərin mübarək olsun!” – deyə Azər Qasımov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir