Bu gün saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb.

Bu barədə Tərtər Rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir