Vətən Müharibəsi şəhidi Məhəmmədəli Asif oğlunun mövludu günü ilə əlaqədar.

“Agdam tv” xəbər verir ki, 28 aprel- bu gün 44 günlük Vətən Müharibəsi şəhidi Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlunun mövludu günü ilə əlaqədar Ağdamın Quzanlı qəsəbəsində Şəhidlər xiyabanında tədbir keçirildi. Tədbirdə çıxış edən Ağdam rayon icra hakimiyyətinin şəhid ailələri və Vətən müharibəsi qazilərinin işləri üzrə şöbə müdri Samir Məmmədov, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova, Ağdam rayonunun axundu, Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyinin direktoru Sahib Məmmədov, muzeyin əməkdaşları, məktəblilər, Saatlı, Mingəçevir, Tərtər və Bakı şəhərindən gələn şəhid ailələri iştirak ediblər.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxundu .

Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad, məkanları cənnət olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir