01 avqust 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, ictimaiyyət nümayəndələri və rayon ziyalıları iştirak etmişlər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.

Tədbirdə çıxış edən natiqlər 1969-cü ildə ilk dəfə siyasi hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində oynadığı rolundan, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Ulu öndər Heydər Əliyevin mühüm xidmətlərinin olmasından, görkəmli dövlət xadiminin ana dilinə – Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verməsindən, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilməsindən ətraflı bəhs etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir