Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun İdarə Heyətinin (İH) üzvlərinin sayının az olması və buna görə də, qəbul edilən qərarların qanunsuz olması barədə bir sıra ekspertlərin səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Qarabaginfo.com”-un məlumatına görə, o, bu barədə onlayn rejimdə keçirdiyi mətbuat konfrasında danışıb.

“İH-nin üzvlərini ölkə prezidentinin təqdim etdiyi namizədlər olmaqla Milli Məclis təsdiq edir. Bu gün onlar 3 nəfərdir, yəni tək saydadır və İH-nin qərarlarının hüquqi qüvvəsi var. Bu, birmənalıdır”, – deyə sədr qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir