Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

“Qarabaginfo.com”-un əldə etdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. 

Yaxın saatlarda istefa ilə əlaqədar rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.

Qol.az-ın əldə etdiyi daha bir xəbərə görə, PFL-in yeni prezidenti Elxan Səmədov adlı şəxs olub. Onun bunadək VAR-da (videoköməkçi hakim) layihə rəhbəri olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir