Məlum olduğu kimi, Bu gün AFFA-nın inzibati binasında keçirilən Peşəkar Futbol Liqasının konfransında quruma yeni prezident seçilib.

“Qarabaginfo.com” xəbər verir ki, yeni prezident Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Dillər Universitetində bakalavr və aspirantura təhsili alıb. 2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da təhsilini davam etdirib. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 1 il sonra isə Vaşinqton şəhərində “Georgetown University” “International Law Institute”da təhsil alıb. 

1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib. 1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri olub.

2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində işləyib. 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru olub. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı – 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildən bu günədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır.UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.PFL-in yeni prezidenti həmşçinin futzal üzrə Azərbaycan ikinci liqasında “Obolon” komandasının heyətində məşqçi-oyunçu kimi meydana çıxır. Evlidir, bir övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir