UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Bayer” matçına bilet satışı davam edir.

Klubdan verilən məlumata görə, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir