Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu vətəninə yollanıb.

“AğdamTv”nin məlumatına görə, qanında Hepatit B virusu aşkarlan futbolçu vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunub.

O, sonuncu analizi bu günlərdə verib. Analizdə deyişiklik müşahidə olunduğundan indiki halda futbol oynaması mümkün hesab edilməyib.

Nəticədə komandanın düşərgəsindən ayrılaraq vətəni Nigeriyaya gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir