Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkəyə qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

“Ağdamtv” xəbər verir ki, bu barədə İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“İcazənizlə konkret qərardan – insan haqlarının pozulmasına görə İrana qarşı səkkizinci sanksiyalar paketinin tətbiqindən başlayım”, – deyə o, çıxışında bildirib.

Bazar ertəsi Aİ ölkədə insan haqlarının pozulmasına görə İrana qarşı sayca səkkizinci sanksiyalar paketini tətbiq edərək 5 nəfəri və 2 təşkilatı “qara siyahı”ya əlavə edib.

“Qara siyahı” ya salınmış bütün fiziki və hüquqi şəxslər ölkədə etirazların yatırılmasına cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir