İspaniya pilotlarının həmkarlar ittifaqı “Air Europa” aviaşirkətinin əməkdaşlarını yenidən tətil etməyə çağırıb, nəticədə iyunun 2-dək planlaşdırılan ümumilikdə 114 reys ləğv edilib.

“AğdamTv” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, həm daxili, həm də beynəlxalq reyslər təxirə salınıb.

Bazar ertəsi başlayan yeni tətilin iyunun 2-dək davam edəcəyi gözlənilir.

Ləğv edilmiş reyslərin sərnişinlərinə biletini dəyişmək imkanı verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir