“Samsung” ilk qatlanan planşetini bu il təqdim edəcək.

“AğdamTv” xəbər verir ki, bu barədə “Android Authority” nəşri məlumat yayıb.

Məlumata görə, şirkət mühəndisləri artıq gələcək cihaz üçün bir neçə konsept təklif ediblər. Yayın sonuna isə onların kütləvi istehsalına başlanacağı gözlənilir.

Cihaz bir neçə dəfə qatlanan formada dizayn ediləcəyi ehtimal olunur. Bu halda istifadəçi tapşırıqdan asılı olaraq planşetin diaqonalının ölçüsünü dəyişə biləcək.

12,4 düymlük ekrana sahib cihaz Z formalı və iki istiqamətdə bükülə bilən displeyə malik olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir