Dünyada əhalinin ən sıx məskunlaşdığı ölkə artıq Çin deyil.

BMT-nin məlumatında bildirilib ki, Hindistan bu göstərici üzrə lider ölkədir.

“Tək uşaq” siyasətini həyata keçirən Çində əhalinin sayı 1 milyard 425 milyon təşkil edir.

Hindistanda isə bu göstərici 1 milyard 425 milyonu ötüb.

Bu amilin qlobal iqtisadi dəyişikliyə də səbəb olacağı ehtimal olunur.

Ekspertlər bildirirlər ki, nəhəng şirkətlər Çində istehsalın həcmini azaldaraq Hindistana üz tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir