Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Ağdam Tv xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Rəhim Rəhimov fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir