Hazırda Rusiyada 12 minə yaxın “Vaqner” döyüşçüsü var, onlar İrəvanda hakimiyyət çevrilişinə hazırlaşırlar.

Bu barədə Teleqramın Ermənistan seqmentində məlumat yayılıb.İddia edilir ki, özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin öldüyü zaman Ermənistanda ümumilikdə 3 min vaqnerçi olub. Daha sonra 2 min döyüşçü də onlara qoşulub. Hazırda isə Ermənistanda onların sayı 12 mindir.

Məlumata görə, N.Paşinyanın Rusiyanın Ermənistan üçün yanlış strateji tərəfdaş olduğunu deməsi və Qarabağ mövzusunda Moskvanın razılaşmalara əməl etməməsi ilə bağlı açıqlamasından sonra vəziyyət daha da gərginləşib. Hazırda “Vaqner”in minlərlə döyüşçüsünün İrəvanda hakimiyyət çevrilişinə hazırlandıqları deyilir. Kreml Paşinyanın açıqlamalarından sonra onun devrilməsi üçün çevrilişə icazə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir