Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.

Bu barədə İstanbulda keçirilən Türk Dünyası Biznes Forumda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda bu dəhlizin açılması üçün işləri davam etdirir və TDT çərçivəsində nəqliyyat sahəsinə yatırımların artması vacibdir.

Onun sözlərinə görə, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb və bu sadəcə TDT-yə üzv ölkələrinin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir