Brüssel hazırda İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin üçtərəfli görüşünün təşkili üçün Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda danışıqlar aparır. Hələlik konkret nəticə olmasa da, danışıqların gələn ay baş tutması mümkündür.

Ağdam Tv xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti Avropa İttifaqındakı diplomatik mənbəyə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, əsas müzakirə mövzusu Zəngəzur dəhlizidir. Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir iddia səsləndirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir