Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak edib.

“AğdamTv”nin məlumatına görə, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir