“Anklavlar” məsələsi dəfələrlə xatırlanıb, deyilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

“AğdamTv” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var: “Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”.

A.Arşakyan vurğulayıb ki, danışıqların davam etdirilməsinə imkan vermək lazımdır: “Ermənistan və Azərbaycan öz ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli, bunu yazılı şəkildə qəbul etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir