Astanada rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım Jomart-Tokayevə “Togg” elektrik avtomobili hədiyyə edib.

“AğdamTv” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündən ölkəsinə qayıdan Ərdoğan sözügedən avtomobili Tokayevə Nursultan Nazarbayev beynəlxalq hava limanında bağışlayıb. İki ölkə lideri burada bir müddət avtomobil barədə söhbət də edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir