Ermənistandakı mədəni və dini irs abidələrinin mühafizəsi və qorunması məqsədilə qəbul edilmiş konkret tədbirlərə dair informasiya çatışmazlığı narahatlıq doğurur.

Ağdam Tv xəbər verir ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində belə qeyd olunub. Sənəddə yox olmaq riski ilə üzləşmiş mədəniyyətərlə bağlı xüsusi narahatlıq ifadə olunub.

Komitə həmçinin dini və mədəni kimliyin saxlanılması məqsədilə bu sahədə fəaliyyət göstərən institutlara adekvat maddi dəstəyin çatışmazlığını vurğulayıb.

Sənəddə Ermənistana mədəni irs abidələrinin mühafizəsi və qorunmasının artırılması məqsədilə zəruri tədbirləri görmək tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir