Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər.

“AğdamTv” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ötən il 832 seçki məntəqəsi yaradılıb: “Bu ilin mayında seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdıqdan sonra seçicilərin sayında dəyişikliklərlə əlaqədar yeni seçki məntəqələri yaradılması ilə yanaşı, seçki dairələrinin ərazilərində müəyyən dəyişikliklər də ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir