Ağdam rayonunda “Antikorrupsiyaya qarşı davranış modelinin formalaşması” mövzusunda tədbirlər keçirilib.

“Ağdamtv” xəbər verir ki, Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə 17.04.2023-cü il tarixdə “Ağdam Rayon Mərkəzi Xəstəxanası” və “Ağdam Musiqi Kolleci” publik hüquqi şəxsində tədbir keçirilmişdir.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Farid Muradov və xəstəxananın səlahiyyətli şəxsləri iştirak edib.

Mövzu çərçivəsində hər iki qurumun işçi kollektivinə maarifləndirici məlumatlar verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir