Ənvər Nemət oğlu Cavadov – Tanınmış pedaqoq, Qarabağ ziyalısı.

Ənvər Nemət oğlu Cavadov 1922-ci ildə Şuşa qəzasının Əliağalı (indiki Ağdam rayonunun Əliağalı kəndi) kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Ənvər Cavadov Ağdarə rayonunun Narıclar kənd yeddiillik məktəbinin ədəbiyyat müəllimi, Ağdam rayonu Əliağalı kənd orta məktəbinin direktor müavini, Əliağalı kənd orta məktəbinin direktoru (1990-1993) vəzifəsində işləmişdir.
Ənvər Cavadov 23 oktyabr 1993-cü ildə dünyasını dəyişmişdir.

1.

Mənbə: “Ağdamda təhsil-1883-1993” kitabı. Orxan Zakiroğlu Baharlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir