31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar “Yeni Xocavənd” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi keçirilmişdir.

“AğdamTv” xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir