Şərqi Zəngəzur İqtisadi Rayonunda “1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs.

İnşaat mühəndisi

Son tarix 16 apr 2023 hr@shzbti.gov.az iş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı

Vəzifə funksiyaları:

Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;

Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;

Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;

Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;

Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;

Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;

Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);

Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;

İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;

Vahid hesabat sistemini təşkil etməklə icra edilən layihə üzrə qrafik, xərc və keyfiyyət göstəricilərini gündəlik mail vaistəsi ilə qeyd vermək

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

İnşaat mühəndisliyi üzrə ali təhsil;

Sahə üzrə minimum 5 illik iş təcrübəsi;

Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;

AutoCAD proqramını bilmək arzuolunandır;

MS Office proqramlarından yaxşı istifadə bacarığı;

Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 15 Aprel 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnşaat mühəndisi” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir