Şuşaya getmək adı ilə bir qurum müəllim fırıldaqçılıq ilə üzləşib.

“Qarabaginfo” Agdamtv.info-ya istinadən xəbər verir ki, Ağdam Musiqi Kollecinin müəllimi Cahangir Qəhrəmanovun müraciətində kollecin müəllim kollektivinin Şuşa turu adı ilə aldadıldığı müəllimlərin maddi ziyanla yanaşı məndə və psixoloji sarsıntı keçirdiklərini qeyd edib.

Zərərçəkənlərin hərəsindən 55 manat olmaqla 330 Azn məbləğində pull ödənişi alınıb. Özünü tur nümayəndəsi kimi təqdim edən Elşad Kərimov adlı şəxs WhatsApp sosial platforması üzərindən zəngli və yazışmalı olaraq müəllimlərin vəsiqələrini alıb, daha sonra isə Kapital Banka məxsus şəxsi istifadəsindəki BirBank Ədv kartını WhatsApp vasitəsi ilə müəllimlərə göndərib.

Zəzərçəkmiş Cahangir Qəhrəmanov müraciətində ödənişi etdikdən sonra Elşad Kərimov onları 31 İyul tarixində Əhmədbəylidən götürəcəklərini deyib, lakin 31 İyulda Elşad Kərimov WhatsApp üzərindən müəllimləri bloka atdığını vurğulayıb.

Nəzərinizə çatdırırıq ki, Elşad Kərimov adlı şəxsin nömrəsi və Şuşa turu elanı Turlar.az saytında yerləşdirilib.

Ağdam Musiqi Kollecinin zərərçəkmiş müəllimləri Hüquq Mühafizə orqanlarına müraciət edəcəklərini və onların bu həssas durumundan istifadə edərək fırıldaqçılıq edən şəxsin cəzalandırılacağını ümüd edirlər.

Qeyd edək ki, Elşad Kərimova adlı şəxsin nömrəsi Turlar.az saytında 31 İyul tarixində dəyişdirilib beləliklə şəxsə aid nömrənin indi isə Anar Əliyev adında ilə elanda yerləşdirildiyi qeyd edilir.

Cahangir Qəhrəmanovun əlaqə nömrəsi: 0505586620

Sizə Turlar.az saytında yerləşən həmin elanı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir