Artıq üç həftədir ki, Qarabağın ermənilər yaşayan ərazisi nə ərzaq, nə dava-dərman, nə də hər hansı başqa malla təmin olunur.

“AğdamTv” xəbər verir ki, bu barədə Qarabağda yaşayan ermənilər BBC-yə deyib.

Ermənistanla Xankəndi/Stepanakerti birləşdirən yeganə yol bağlıdır. Laçın dəhlizindən yalnız Ermənistana ağır xəstə aparan Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları buraxılır.

İyunun 15-də Laçın sərhəd-keçid məntəqəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra rəsmi Bakı bunu Ermənistanın “təxribatı” kimi qiymətləndirərək “müvafiq tədbirlər” görüldüyünü bəyan edib.

“Ən zəruri malları belə tapmaq son dərəcə çətindir, tapılanlar isə qiymətindən qat-qat baha satılır”, müxbirimizlə söhbətində Xankəndi/Stepanakert sakini Vlad BBC Azərbaycancaya danışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir