İşğaldan azad olunmuş Talış kəndində 30 il sonra ilk dəfə Qurban bayramı keçirilib.

“AğdamTv” xəbər verir ki, bu barədə Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

“İşğaldan azad olunmuş Talış kəndində 30 ildən sonra ilk dəfə Qurban bayramı keçirilib. Bayram münasibətilə qurbanlar kəsilmiş, əhaliyə paylanmışdır”, – E.Hüseynov qeyd edib.

Emin Hüseynov paylaşımına #Qarabağ həştəqini də əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir