Cəbrayıl şəhərində tikiləcək Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edəcək.

“AğdamTv” xəbər verir ki, Yaşayış Kompleksi 7 beşmərtəbəli və 26 dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq ki, onlardan 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Kompleks 6 kvartaldan ibarət olacaq. Ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, o cümlədən istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir