Ağdamda Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Ağdam Tv xəbər verir ki, 08 noyabr 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırmış, 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, 30 ilə yaxın davam edən münaqişədə qalib gələrək ərazi bütövlüyümüzü təmin etməsindən bəhs ediblər. Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

Azərbaycan Respublikasının xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Fehruz Səxavət, Cabir Abdullayev və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilib.

Ağdam Tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir