22 sentyabr 2022-ci il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən sentyabr ayının 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanmış və hazırda respublikanın müxtəlif şəhər və rayonlarında müalicə alan hərbi qulluqçuların ailə üzvlərini ziyarət edib.

“Qarabaginfo.com” xəbər verir ki, RİH başçısı yaralı hərbçilərimizin səhhəti və qayğıları ilə maraqlanmış, ailə vəziyyəti ilə tanış olmuşdur.

Yaralı hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir