18 mart 2023-cü il tarixində Ağdam Mexaniki Suvarma İdarəsinin rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib.

“AğdamTv” xəbər verir ki, ağacəkmə aksiyası çərçivəsində Ağdam rayon Əhmədağalı və Xındırıstan kənd ərazisindən keçən hissəsində ümumilikdə 150 ədəd şam ağacı əkilib.

Ağacəkmə aksiyasında Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının aktiv iştirakı ilə insanların kütləvi iştirakı müşahidə olunub.

Aksiya Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrespublika ərazisində “Heydər Əliyev 100” adlı ağacəkmə kampaniyası çərçivəsində baş tutub.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, bundan öncə də “Heydər Əliyev” ili çərçivəsində Ağdam rayonu ərazisində ağacəkmə aksiyaları baş tutub.

Youtube.com | AğdamTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir