30 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

“AğdamTv” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və polis orqanlarında çalışan əməkdaşlar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.


Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs etmişlər.


Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir