-Neçə ildir ölkədən kənarda yaşayırsınız ?

-Artıq 10 ildən çoxdur ki, İsveçdə yaşayıram. Gəldiyim ilk gündən Azərbaycanı, Qarabağı təmsil edirəm.

-İsveçdəki fəaliyyətinizdə əsas istiqamət hansıdır ?

-Əsas fəaliyyətim biznesdir. İsveçdə “Vitt Hem Garabag” – adlı restoran sahibiyəm. Əsas təbliğatım Qarabağı təbliğ etməkdir.

-Niyə məhz “Vitt Hem” ? 

-“Vitt Hem” – sözünün mənası “ağ ev” deməkdir,  yəni Ağdam kimi düşünmüşəm.  

-Avropada Azərbaycanlılara qarşı münasibəti necə qiymətləndirərdiniz ?

-Pis deyil, biz gəlmə sayılırıq, onların da bizimlə münasibəti yaxşıdır. Burada irqçilik görməmişəm.

-Diaspor olaraq Avropada necə fəaliyyət göstərmək mümkündür?

-İsveç  Azərbaycan – Qarabağ mərkəzi olaraq biz rəsmi qeydiyyatdan keçmişik və İsveç dövləti tərəfindən maliyələşirik. Burada Qarabağla bağlı müxtəlif görüşlər, maarifləndirici tədbirlər keçirərək Azərbaycan mədəniyyətini yaymağa çalışırıq.

-Azərbaycana qayıtmaq fikriniz var ?

– Hər bir Qarabağlının arzusudur bu deyərdim. Vətəndə vətənsiz olmaq acınacaqlı bir hisdir. Burada – İsveçdə bizə qaçqın, gəlmə kimi yanaşılmır, bu xoşbəxtedicidir. Düşünürəm ki, gəzməyə də, ölməyə də elə vətən yaxşıdır.  

-Şəhid qardaşı, Qazi övladı olaraq Qarabağ və Vətən müharibəsi haqqında olan təəsüratlarınızı bölüşərdiniz…

-Vətən müharibələrində könüllü kimi döyüşdüm. 1-ci Qarabağ müharibəsində könüllü kimi vuruşmuşdum. 2- ci Qarabağ müharibəsi zamanı da Azərbaycana – Ağdama gələrək öz vəzifəmi yerimə yetirdim.

-Qarabağda olan hansı xatirəniz daim sizinlədir ?

-Bir cümlə ilə belə ifadə edə bilərəm ki, bu xatirələrimi bölüşməyə cümlələrim yetməz, Ağdam adət-ənənəsi tamamilə fərqlidir. Bu şərəfli bir yoldur.

-Bir Qarabağlı- Ağdamlı olaraq işğaldan azad olunmuş torpaqlara getdikdə nə hislər keçirdiniz ?

-Ağdamdan çıxmaq məcburiyyətində qalanda 18 yaşım var idi, Ağdama qayıdanda isə artıq  övladlarımın 18 yaşı var idi. Bu insana necə təsir edə bilməz? Ağdamın hər bir daşında, cığırında təkcə mənim yox, bütün Ağdamlıların xatirəsi var, bunu ancaq yaşayanlar bilər.

Səadət Quliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir