Ağdam şəhərində inşa ediləcək 1750 həyət evi ümumilikdə 10.000 əhalinin yaşayışı üçün nəzərdə tutulub.

Ağdam şəhərinin inzibati mərkəzi köhnə Seyidli sovetliyinin yerləşdiyi yerdə inşa ediləcək.

Ağdamda Azərbaycanda ilk dəfə olaraq mərkəzləşdirilmiş Qazanxana sisteminin tədbiqi nəzərdə tutulub.

Ağdam şəhərində tullantı sularının yenidən texniki su kimi kənd təsərrüfatı üçün istifadəyə yararlı hala gətirilməsi üçün su təmizləyici qurğular yer alacaq.

Ağdam şəhərinin su ilə təmin edilməsi üçün ilkin olaraq su artiziyanlarından, növbəti illərdə daha uzun zaman dilimində isə Laçından su xətlərinin çəkilməsi nəzərdə tutulur.

Ağdam Bazarı keçmişdə olduğu kimi lakin fərqli yerdə olmaqla inşa ediləcək.

Ağdam Çay Evi yenidən olduğu yerə yaxın şəhərin mərkəzi parkında inşa ediləcək.

Ağdam rayonu ərazisində isə qaz kənd evlərində olacaq.

Qarabağ futbol klubunun stadionu Ağdam şəhərində köhnə Sarıhacılı kəndi tərəfdən yerləşən idman kompleksinin yerində inşa ediləcək.

Eyni zamanda stadion ilə üz-üzə Qarabağ Universiteti yerləşəcək.

Mənbə: Ağdam və Mən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir