Bakının Suraxanı rayonunda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Agdam tv” nin məlumatına görə, Zığ şosesində iki avtomobilin toqquşması nəticəsində 2023-cü il təvəllüdlü sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ təpə nahiyəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir