Suraxanı rayonunda sakinlər su problemi yaşayırlar. 

Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən müraciət daxil olub. Söhbət Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindən gedir. 

Sakinlər iddia edirlər ki, Veteranlar xiyabanının arxasında yerləşən binalarda yaşayırlar və hər gün axşam saat 20:00-dan sonra sular kəsilir:

“Axşam işdən evə gəlirik, su yoxdur. Əvvəl deyirdilər ki, 24 saat içməli su ilə təmin ediləcəyik. Amma bir ildir ki, su probleminə çarə tapmırlar. Qarşıdan yay gəlir. İsti havalarda axşam saat 20:00-dan sonra su kəsilsə, camaat nə edəcək?”

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Qaraçuxurda gecə saatlarında içməli suyun verilişinin dayandırılması su anbarı ehtiyatlarının yaradılması ilə əlaqəlidir. 

“Sözügedən ərazidə su müəyyən qrafiklə verilir. Qrafiklərin tənzimlənməsi ilə bağlı gecə saatlarında suyun verilişi dayandırılır”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir