Məşhur idmançılar Sumqayıtın idman məktəblərinin birində sambo məşqçisi Mehman Xəlilovun həyatını itirən yeddi yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədməsi ilə bağlı fikir bildiriblər.

Qeyd edək ki, əvvəlcə hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsədə, məşq prosesinin əks olunduğu görüntülərdən məlum olur ki, özünü sambo müəllimi adlandıran şəxsin təlim metodikası qəddar üsullardan ibarətdir.

Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli mövzu ilə bağlı bildirib ki, sözügedən görüntülərə baxdıqca dərin üzüntü keçirib:

“Çox ağır görüntülər idi. Məşqçinin uşaqlara qarşı belə bir vəhşilik etməsi, düzgün deyil”.

Sərbəst güləş üzrə Dünya və Avropa çempionu Hacı Əliyev açıqlamasında qeyd edib ki, bu kimi hərəkətlər nə idmançıya, nə də məşqçiyə yaraşmır:

“Bu vəhşilikdir, başqa heç nə deyə bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir