Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, “Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, “Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və “Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” siyahıdan çıxarılıb.

“Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi” sözləri “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi” sözləri ilə əvəz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir