Bu il Ağdam rayonunda 16 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır.

“Ağdamtv” AZƏRTAC-a istinadən xəbər verir ki, barama yetişdirilməsi ilə əlaqədar ağdamlı kümçülərə 410 qutu (7790 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb.

Hazırda 96 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.

Qeyd edək ki, Ağdam rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. Ötən il 78 kümçü tərəfindən 382 qutu ipəkqurdu bəslənilib, 9058 kiloqram barama istehsal edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir