Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“AğdamTv” Bizim.media-ya istinadən xəbər verir ki hadisə Quzanlı-Əfətli yolunun Xındırstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Vaz-2107” markalı minik maşınının ağaca çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralınıb.

Yaralılar Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir