Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilər vətəndaşlıq almaq üçün gələn həftədən müraciət edə biləcəklər.

Ağdam Tv “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müvəqqəti müdafiə statusu alan şəxslər bazar ertəsi günündən etibarən, DİN-in rəsmi saytında dərc edilmiş siyahıda göstərilən müvafiq sənədləri təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, ötən ayın 26-sı Ermənistan hökuməti Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə yeni “müvəqqəti müdafiə” statusunun verildiyini bəyan edib.

Qeyd olunub ki, bu status onların hüquq və vəzifələrini dəqiqləşdirməyə kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir