Biləcəridə evlərin birində 58 yaşlı kişi qətlə yetirilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir