Şəki Ağır Cinayətlər Məhkəməsində Balakən rayonunda anası Məlahət Qarayevanı ehtiyatsızlıqdan avtomobillə vurub öldürməkdə təqsirləndirilən Aygün Qarayevaya hökm oxunub.

“AğdamTv” xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rafail Əliyevin sədrlik etdiyi iclasda A.Qarayeva 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib.

A.Qarayeva eyni zamanda üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir