Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb.

“AğdamTv” xəbər verir ki, bu barədə Bakıdakı mağazaların satıcıları məlumat verib. Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb.

 

Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, “Kent-4” 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, “Winston” 3.70-dən 3.80 qəpiyə qalxıb. Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir