27 İyul 2023-cü il tarixində Ağdamda “MKT İK” MMC-nin Ağdam filialının təşkilatçılığı ilə “Kənd Günü” adlı kənd təsərrüfatı aqreqatlarının və texnikalarının sərgisi keçirilib.

“Ağdam Tv” xəbər verir ki, müxtəlif aqreqatlarının və texnikalarının nümayiş edildiyi sərgi Ağdam rayonu Quzanlı qəsəbəsində keçirilib.

Tədbirdə Ağdam RİH-nin və YAP Ağdam rayon təşkilatının nümayəndələri, “MKT İK” region və zona aqranomları İsaq Zeynalov, Rəhbər Gəncəliyev, İbrahim Ağamirov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov, Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov, DAİM-nin Ağdam filialının drektoru Ramal Məmmədov, “MKT İK” MMC-nin Ağdam filialının drektoru Amil Rəşidov və şirkətin əməkdaşları eyni zamanda fermerlər iştirak ediblər.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov və İsaq Zeynalov tərəfindən ilk öncə fermerlər və təsərrüfatçılarla ziyanvericilərə qarşı müasir mübarizə metodları, fermerlərin innovativ üsulla pambıq əkininin becərilməsində yeni qaydaların tətbiqində məlumatlandırma, onların bu sahədə qeyd olunan üsullardan istifadə etməklə ənənəvi üsuldan fərqli olaraq daha çox gəlir əldə etmələri üçün profilaktik söhbətlər aparılıb və ümumilikdə bu sahədə bilik və bacarıqlarını artırılması üçün çıxışlar edilib.

“MKT İT” MMC-nin Ağdam filialının drektoru Amil Rəşidov çıxışında qeyd edərək bildirib ki, “Kənd Günü” sərgiləri Ağdam rayonunun digər kəndlərində və “MKT İT” şirkətinin digər filiallarında da keçirilməsi nəzərdə tutulur.

Çıxış edən Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov fermerlərə sahələrin sığortalanması prosesi haqqında geniş məlumat verib.

Qeyd edək ki, sərgidə sosial layihə kimi yanğından mühavizə braşurları paylandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir