UEFA Türkiyənin “Fənərbaxça” klubuna intizam işi açıb.

“Qarabaginfo.com” xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir