Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.

“Ağdam tv ” xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.

Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, Aydan Əliyeva (52 kq) 1/32 finalda Erza Muminovyo (Kosova) ilə güləşəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-da Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-da Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir